Автор | Тема: yenilənən sistem | |||
Yenilənən sistemdə nələr var? Yeni mağaralar. Bu mağaraya ilk növbədə Luka mağarasını demək olar. Luka mağarasında luka mağazası və 3 mərtəbə yerləşir. 1 ci mərtəbədən 2 və 3 cü mərtəbəyə keçiş edə bilərsiniz. Luka mağazasında 3 növ Jeton vardır. Sadə , gümüş və qızıl jetonlar. Bu jetonlar hər mərtəbəyə görə fərqli olaraq düşməkdədir. 1. Mərtəbə - Sadə jeton 2. Mərtəbə - Gümüş jeton 3. Mərtəbə - Qızıl jeton Luka mağazasından qeyd olunan jetonlar vasitəsilə əşyalar ala bilərsiniz. Mağara sistemində dəyişiklik . Artıq gündəlik limitlərlə mağaralara daxil olunacaq. Misal üçün : Luka mağarasına gündəlik limit 2 dir . Gün ərzində saat fərqi olmadan gecə saat 12 ni keçməmək şərtilə 2 dəfə qeyd olunan mağaraya daxil ola biləcəksiniz. Hər mağaranın girişində bu mağaranın limitləri qeyd edilmişdir. Dillerin lütfü sistemi. 5 növ dillerin lütfü vardır. 1-2-3-4-5 Diller lütfü mağazasından daha ətraflı məlumatlarına baxa bilərsiniz və ya kitabxanadan oxuya bilərsiniz. 4 və 5 mərhələdə lütfü olanlar 10 mərhələ artları 1 platinə ala biləcəkdir.Lütf bitərsə bu paltarlar qəhrəmanın çantasına düşür və geyinmək olmur.Diller lütfünüzü yenilədikdən sonra təkrar geyinə bilərsiniz. Əşyalarda keyfiyyət sistemi. Bu sistemin ətraflı məlumatını kitabxanadan oxuya bilərsiniz. Təcrübə cədvəli və mərhələlər. Bunların dəyişdiyini bilirsiniz və mərhələlərin nə istədiyini və nələr verdiyini kitabxanadan ətraflıca oxuya bilərsiniz. Art mağazası və daha ətraflı. 11 mərhələyə qədər olan bütün art əşyalar art mağazasında yerləşdirilmişdir. Qəhrəmanın qeydiyyat zamanı üzərində olan platin qəhrəmanların 7 ci mərhələ daxil olmaqla bütün artları ala biləcək. 8 ci mərhələyə keçən qəhrəman Luka mağarasına daxil olaraq oradaki paltarlardan yığa biləcək. Klass - Sinif. Qəhrəmanlar artıq 5 ci mərhələdən sonra öz sinifini seçməlidir. İlkin mərhələlərdə sinif seçmə sistemi 500 qızıl təşkil edir. İrəliləyən zamanlarda bu sinif sistemi limitləndiriləcəkdir və qəhrəmanlar hər istədiyi zaman sinifini dəyişdirə bilməyəcək. Siniflər haqqında. Bildiyiniz kimi oyunumuzda sehirbazlar artıq arxa plana çəkilmiş onların yerini cadugərlər almışdır. Cadugərlər döyüş zamanı zərbəsiylə yox cadusuyla və lənətləriylə sayılıb seçiləcək. Deməyimiz odurki cadugərsiz bir komandanın döyüşü çox çətin olacaq. Cadugərlər lənət yağdıraraq rəqiblərinin meditasiyasını (duxasını) silə biləcək, onların canını alaraq özünə əlavə edəcək və.s Güc sinifi artıq 2 yerə ayrılacaq. Güc və Tank sinifləri. Tanklar əllərində qalxan və dəyənəklə döyüşlərdə ən çox mübarizə aparan olacaq can getmə baxımından və dözümlülük baxımından onlar çox güclü olacaq. Güc sinifiysə (silaviklər) iki əlli baltalarıyla döyüş zamanı ən əsasıda cadugərlərin əzəli rəqibi olacaq. Krit sinifləri hər zamanki kimi dəlisov bir sinif xarakteri daşıyacaq. Yəni onlar əsəbləşdiyi zaman ağıla sığılmayan kritik zərbələr endirəcək. Dözümlülər - uvarot sinifi , zərbələrdən qaçaraq asta asta zərbə endirən sinifdir qarşısına cadugər gəldiyi zaman dözümlü sinifi qaçmağa yer axtaracaq. Sinifinizi seçdiyiniz zaman digər xüsusiyyətlərə əlavələr edə bilməyəcəksiniz. Nümunə: Krit sinifini seçən qəhrəman artıq Gücə (Silaya) heç bir əlavə xüsusiyyət verə bilməyəcək. Ovsunlar. Artıq hücum döyüşləri zamanı bütün otaqlarda ovsununuz bitməyəcək döyüş bitdikdən sonra otağınızı dəyişdirdiyiniz zaman ovsununuz itəcək. |
||||
|