Форум WWW.MEYDAN.AZ » Официальные объявления » Təklif
0
Автор Тема: Təklif
  1 / -0    написано: 2025-01-05 19:38:26 



Oyuna bir müddətdir ki, uzaqdan tamaşa edirəm və düşünürəm ki, meydan stili dedikdə zərbələrin sonsuz və ucsuz-bucaqsız olması nəzərdə tutulur. Bunun sizin də xoşunuza gəldiyini və dəstəklədiyinizi də bilirəm. Lakin RPG veb-tabanlı oyunlar əslində bu deyildir. Məsələn, Instinct və ya digər rus oyunlarında belə fantastik canlar və zərbələr mövcud deyil. Döyüşlər də bu qədər uzun məsafəli olmur. Bu baxımdan sizə bəzi təkliflərim var.

Oyun Tarixi və Görünüşü
Oyunumuzun tarixi və əbədiliyini qorumaq üçün bütün əşyaların şəkillərini yenidən hazırlamağı təklif edirəm. Hər bir əşyanın üzərində çalışaraq, daha detallı və estetik görünüş təmin edilə bilər. Məsələn, bir əşyanın üzərinizdə olduğu zaman onun məlumatlarına baxarkən, əşyanın daha böyük formada təsvirini görə bilsək, bu oyun təcrübəsini daha maraqlı edər. Məsələn, BK oyunundakı paltarların görünüşü kimi.

Mərhələ Sistemi
Hal-hazırda mərhələlərin sayı çox yüksəkdir – 16, 17, 18... Bu, sanki \"avtobus nömrəsi\" kimi təsir bağışlayır. Niyə biz bu sistemi daha effektiv etməyək? Məsələn, BK oyunundakı 11 mərhələ modelini nümunə götürə bilərik. Mərhələ sayı 11 olsa, oyunçular saysız-hesabsız mağaralarda vaxt keçirə, döyüşlər üçün zəruri silah-sursat əldə edə bilər. Bu yanaşma, mərhələ artımının monoton təsirini azaldar və daha keyfiyyətli oyun təcrübəsi təqdim edər.

Meydan Sistemi və Əşyalar
Hal-hazırda meydan sistemi və fantastik paltarlar runa və zatoçka sistemi ilə tarazlaşdırıla bilmir. Bir əşyada 300 zərbədən qoruma olduğu halda, oyunçular arasında balans təmin edilmir. Bu, yeni format və sistemlərlə düzəldilə bilər. Əgər canların sayı azaldılsa, yeni oyun sinifləri və balanslaşdırılmış formatlar təqdim edilsə, daha maraqlı və rəqabətli bir sistem yarana bilər.

Yeni Məkanlar və Siniflər
Oyunumuza ən az 10 yeni mağara əlavə oluna bilər. Bu mağaralarda oyunçular vaxtlarını səmərəli keçirə və döyüş üçün lazım olan resursları əldə edə bilərlər. Yeni oyun siniflərinin yaradılması da oyunu daha maraqlı və fərqli edər.

Azərbaycan Dilində Tam Tərcümə
Oyun tam şəkildə Azərbaycan dilinə tərcümə edilə bilər. Bu, tariximizi yeni nəsillərə daha yaxşı çatdırmaq və milli dəyərimizi vurğulamaq baxımından əhəmiyyətlidir.

Mövcud Qəhrəmanlar və Resurslar
Oyunçuların mövcud qəhrəmanları və resursları qorunacaq. Məsələn, birinin drakonu və ya dolları varsa, onlar yerində qalacaq. Bu, mövcud oyunçuların narahatlığını aradan qaldırmaq üçün vacibdir.

Nə düşünürsünüz, bu dəyişikliklər oyunun gələcəyi üçün maraqlı və faydalı ola bilərmi?



Dəstəkləyirik biz bu fikri məncə daha yaxşı olacaq. ( АВТОР: Gizli orden - 05.01.2025-19:47:19 )



Təklif rədd edildi. ( АВТОР: bor - 06.01.2025-19:18:41 )



Yeni sistemi hazırlayıb nümunə paylaşacayıq və daha sonra səs vermə yaranacaq ən çox səs hissəsi olan sistem oyuna inteqrasiya ediləcək .
( АВТОР: bor - 06.01.2025-19:45:17 )




  написано: 2025-01-07 21:59:43 

Neceki bkda blaqo sisdemi var onu elave ede bilersiz blaqo sisdemiyle yeni veşder ala bilsin oyuncular ve teklif çoxdu bburda yazmaq olmur hamisin

  написано: 2025-01-07 21:58:25 

Burde deyirem lvl qalxdiqca oyunun keyfiyeti duwur awaqi neceki evvelki oyunardaki kmi hamsi baqlanib e bizim oynumuz çox yaxwi gedirdi amma bele axrin men uçrum görem

  написано: 2025-01-07 21:53:56 

Men ce en yuksey lvl 12 olsa daha yaxwi olar çoxlu pşera olsun pŵeradan vew yigaq maraq çox olsun bele oyun iqruwkadi vallahki uron az olsun neceki bkdaki kimi ve teklfim buduki oynmiz inkiwaf elesin men ozum bk oynayiram 15 ildiki yani bizib azerbaycan rpgsida ele yuksey keyfiyetde ola biler çúnki admin ezyet cekir ki oyunmiz keyfiyetli olsun amma bele balansiz oyunda keyfiyet olmayib olmayacaqda balansi da pozan santa vewidi santa vewi olmasada ki yene deyirem uron çoxdu

  написано: 2025-01-07 21:50:05 

Evvel oyun açilanda en birinci 13 -14 lvl.men olmuwam birinci ezyet ceke ceke ve 11 -12 lvl da idi hami qirĝin boylar gedirdi vewder ozde platin vewder idi amma lezetdi oyun gedirdi indi wexsen mende ele heves yoxdu oyun yani bele pis çixmasin fikflodu bele deyim oyunun keyfiyetin yuksey tutmaqcun bir tetbir gorun yene deyirem e wert o deyir 16 lvl olaq 20 lvl olaq men raziyam ki 10 lvl olum oyun yaxwi keyfiyetli olsun

  написано: 2025-01-07 21:45:54 

Men 16 lvl am amma meni 14 lvl döyür mende 15 lvl veşderidi 14 lvl da 12 lvl vewderidi meni doyur yani bu duzgun deyil adam hevesden duwur bele menasi yoxdu udar wiwib kelme çarxa çatib yaninbir tedbir gorun xaiw edirem bele gedmeyle oyunçú itirecey oynmiz bize lazmdi oyunçu qazanmaq. Nece ola bilirki 14 lvl silaci 16 lvl kritin doyur bele wey hec bir rpgda yoxdu mende de santa vewi var 14 lvl dada nece olur bele balans yoxdu çox boyu lvl da birwey deyil ancaq avtobus nomresi gedir 😃 lazmdiki lap lvl az olsun oyun keyfiyetli olsun

  написано: 2025-01-06 18:45:55 

Salamlar. Teklifleri oxuyuram. Bir weyide elave men etmek isteyirem. Kvest merheleli pewera olsa daha ela olardi. Ve oradan da ancaq her kveste gore vewler cixardi. Kohne vaxtlardaki kimi. Yadima gelir, 2009 zad olardi meydanda 7ci kvestde kopya boli cixirdi hamida onun ucun ellewirdiki o silahi gotursun. Ve birdeki merheleler kicildise her merhelede sila, krit, uvarot vewleri ferqli olsunki deyekki 8 lvl 9 lvl ile boyda ferq elesin, bu ister adi vewlere istersede pullu vewlerde ferq elesinki merhele qalxmaga heves yaransin. Birde saatliq online gore tavernada gundelik hediyyeler olsa daha yaxwi olardi. Ve birdeki balanslawma olsa daha yaxwi olarki. Hal hazirki veziyyetde ucun silac hamidan guclu gedir. Bir xirda nuansda qeyd edim. Heftelik ve ya bir nece gunden bir eyni lvl-ler arasinda yariw kecirilsin. Qaliblere xirda da olsa mukafat verilse daha yaxwi olar. Deyekki 13 lvl-ler arasinda bir, 14 lvl-ler arasinda bir yariwlar kecirilsin teke tek boyla qalibler mukafatlandirilsin. Birde evvel zamok doyuwleri var idi, oda qaytarilsa daha yaxwi olar.
Diqqetiniz ucun onceden tewekkurler

  написано: 2025-01-06 16:23:02 

Mən xanlıq döyüşləri ilə bağlı təklif vermədim.

\"Oyunumuza ən az 10 yeni mağara əlavə oluna bilər.\" Bu fikrin davamı olaraq yazdım. Əgər bu yaradıla bilirsə paralelində qala yaradılmasını təklif etdim.

İstəyimiz təsdiq edildi halda bunlar olacaqdır bəy, bizdə istəyirik oyun dahada inkişaf etsin. ( АВТОР: bor - 06.01.2025-18:00:40 )



  написано: 2025-01-06 15:10:43 

Az əvvəl yazdığım təklifə əlavə. klan üzvləri özlərinə aid binalarda məşq xarakterli boylar keçirə bilsinlər. Bu boylar təcrübə və digar resurslar verməsin. Sırf yığlan formatların testi və döyüş bacarıqlarının artırılmasına xidmət etsin.

  написано: 2025-01-06 14:50:37 

Tıma və svet klanlarının eyni qosta girməyinin əvəzinə Qala yaradılmasını təklif edirəm. Həmin qalada hər sklonnosta aid ərazi və xanlıqların özlərinə aid binaları (binalar xanlıqlara kirayə də verilə bilər) və bir ümumi krallıq binası olsun və klanlar həmin ümumi krallıq binası üçün mübarizə aparsınlar. Özlərinə aid binalarda isə dincələ və ya digər aktivliklərlə məşğul ola bilərlər.

Bu xanlıq döyüşüdür bizim hal hazırda verdiyimiz təklifdən çox uzaq fikir bildirirsiz. ( АВТОР: bor - 06.01.2025-15:25:33 )



  написано: 2025-01-06 01:24:44 

Maqin olmamagi pis oldu btn Rpg oyunnarindaki kimi meydan.az dada maq olmalidir canlar biraz he sisirdilmish canlardir 90 mine kimi can var burda 8/8 boy gedende 10/10 boy gedende 30-40 deqiqeden tez bitmir Amma bir sheyde vaarki bu gunki gun can 90 mindi zerbe 5-10min deyir onda can olacag 5 min zerbe deyecek 300-500 hardasa eyni sheye gelib cixir Mesleher sizindir Biz meydani her haliyyla beyenirik sadece oyunda pseralar azdi vessalam ! ve her pseranin oz vesderi olsa daha mukemmel olar oyuncular pseraya daha cox heves gosterer !

Sehirbaz klasını ümumi silərək əvəzində Cadugər yaratmışıq irəlidəki zamanlarda sehirbaz klasıda olacaqdır ( АВТОР: bor - 06.01.2025-12:25:56 )



  написано: 2025-01-06 01:07:10 

Yenilik hər zaman əgər dadında olacaqsa yaxşıdır .
Hər bir qeyd üçün fikirlərim:

1. Oyunun Kitabxanasında ümumi oyun barədə həm tanıtım məqsədli, həm tarixi hadisələrə uyğunlaşmış, birazda miflərlə bəzədilmiş hekayəsi yazıla bilər. Əlavə olaraq dahada hekayələşdirmə adına maraqlı bir neçə addım atmaq olar. Məsələn şəhərdə yerləşən bütün binaların inşa edilmə tarixləri, kim tərəfindən edilib, nə üçün edilib və s. Hazırki dövrümüzdə bu tip hekayələr yazmaq çox sadədir (Chat GPT sağolsun). Əşyaların görünüşünə gəldikdə isə düşünürəmki əsasən oyunçuların daha sıx olacağı son levellərdə (məsələn 15-16 və ya əgər levellər azaldılarsa 11-12) bu tip dəyişikliyi icra etmək olar. Bütün levellərdə bunu etmək həm vaxt, həm də enerji itkisidir.

2. Level məsələsində qəhrəmanların \"bu qədər level qalxdım hara salırsız\" qorxusu var. Buna görə maksimum qəhrəmanların əziyyətini yerə salmadan levelləri planlı və sistemli şəkildə azaldılması tətbiq edilə bilər. Məsələn cari vəziyyətdə bütün oyunçularda olan opit (exp) 1000-ə (simvolik rəqəm) bölünməklə və bu opitlara uyğunlaşdırılmış levellərə keçid etmək olar. Müəyyən müddətə 11 level maksimal saxlanılıb, qəhrəmanlar üçün bir neçə zindanlar aça bilərsiz və burada 12 level həm əşyalar yığılar həmçinin 12 levelin maksimal \"UP\"-a çatar. Müddət tamam olduqdan sonra artıq hər kəs 12 levelə keçid edə bilər və artıq bütün oyun maksimum gücü əldə etmək üçün sistemli şəkildə zindanlara yönləndirilə bilər.

3. Düzdür, runalar, silah zatochkaları və digər əlavələr hazırki əşyalara uyğun olmadığı üçün istifadə ediləndə təsiri çox cüzi qalır. Qeyd edilən kimi balanslı şəkildə canlar və zərbələr daha normal rəqəmlərə endirilsə bu runalar və digər əlavələr daha gözəl və ciddi fərqlər yaradacaq.

4. Hər zaman qeyd edirəm bəzi təkliflərdə - mütləq qrup halında daxil oluna biləcək bir neçə zindan olsa əla olar. Saat məsələsi isə mənə görə ciddi problemdir. Bunu enerji ilə əvəz etmək olsa istəyən adam istəyən saatda daxil olub zindanını keçsin və ya digər işlərini görsün. Bu səbəbdən oyunun müəyyən saatlarında adam çox azalır, çünki əsas zindan saatı elədirki bir səhər girə bilirsən birdə axşam. Oyunda daimiliyi qorumaq üçün bu sistemin effektiv olacağını düşünürəm. Əlavə olaraq mütləq oxçu sinifinin gətirilməsi və 1 dənədə əlavə siniflə ümumi 6 sinifə çıxartmağınız əla olar. Hər klasa uyğun priomlar və s. Əlavə olaraq qeyd edimki priomları konkretləşdirmək üçün klasslara uyğunlaşdırma aparmaq daha məntiqli olar. Məsələn tank-ın dikaya udacha priomunu götürməsi məntiqsiz bir şeydir, bu kritin priom-dur. Nə qədər taktikalar istifadə edilsədə bu priomları slota geyinmək üçün o klassa uyğun stat tələbi və ya başqa nəsə qoyulmalıdır.

5. Oyun Azərbaycan dilinə tam tərcümə edilməsi əladır amma Rus və İngilis dillərinin aktiv qalması vacibdir.

6. Mövcud resurslar və digər əlavələrin qorunub saxlanması məsələsini yaxşı qeyd etmisiz. Qəhrəmanların əziyyətlərinin yox olması, sıfırlanması və s. kimi bir fikrə düşməməkləri üçün dediyiniz kimi resurslar və s. saxlanması və yeni sistemə əgər keçid olarsa orada olan əşyalara uyğunlaşdırılmalıdır.

Uğurlar !

Oxumuş adam başqa olurmuş deyirdilər inanmırdım indi gözlərimlə şahidi oldum ))))) əhsən sizə oyunu mənibsəyib öz oyununuz və gələcəyi üçün yazdığınız cümlələrin hər bir sözünü 2 dəfə oxudumki fikrinizi tam olaraq qavrayım. ( АВТОР: bor - 06.01.2025-01:20:49 )



  написано: 2025-01-05 23:01:40 

Mence yaxwi fikirdi o biri bk arda seviye maksimum 12 lvl di balans zad oz yerindedi burda balans yoxdu vallahki uje udar wiwiw wiwe gedir silacdi kritden çox kriti deyir

Avtobus nömrəsinə oxşayır ))) Birazdan 85 ə minib əcəmidə düşəcəyik sanki ) ( АВТОР: bor - 05.01.2025-23:21:22 )



  написано: 2025-01-05 22:50:35 

Cox gozel bir teklifdi, hetta diyerdimki Admin bey mumkun olsa 5 lvl de saxlamagda olsun) misalcun Bkda ki kimi Reyting, Reyting ise xala gore olsun yani Bir oyuncu cox oputuna gore yox, doyuwlerde qelebe yaxud meglubiyet , bu reytinqde oyunda maragi artiracag ve xaot boylari coxalacag

Digər başqa fikirlərimiz varki bunlar sensasiya ola bilər Azərbaycan rpg si üçün təəbiki) ( АВТОР: bor - 05.01.2025-23:21:46 )



  написано: 2025-01-05 21:01:16 

Salam. Mən də öz növbəmdə illərin oyun təcrübəsinə istinad edərək Hörmətli adminimizin qeyd etdiyi təklifə öz münasibətimi bildirim.

1.Oyun Tarixi və Görünüşü- Oyun tarixi və görnüşündə dəyişiklik etmək təklifi bənilsin . Bu o oyunda yeniliklərdən biri olardi

2.Mərhələ Sistemi- Mərhələ sistemi məncə 16 səviyyədən sonra daha düzgün qurulub . şəsələn 17 lvl olmaq üçün hər hansısa qəhrəman ən azından 400 gün çalışmalıdır ki 17 səviyyəyə gəlib çıxa bilsin( 800.000.000.000.000 təcrübə yığmaqı elə belə asand hesab etməyin). o cümlədəndə 18-19 və s səviyyələr.burda bir dəyişiklik etmək olar ki ilk dəfə qeydiyyatdan keçən oyunçular 10-cu səviyyədən oyuna başlasınlar. Mağaraların artması daha düzgün olardi. bunu mən dəfələrlə təklif olaraq qeyd etmişəm

3.Meydan Sistemi və Əşyalar- Oyunçular arasında balansın pozulmasına səbəb olaraq sunduk veşlərdi( arenda),misal üçün sunduk veşlər olmadığı əvvəlki günlərə nəzər yetirəndə (xüsusən santa veşləri) oyunda heç bir disbalans yox idi . indi formatlar arasında disbalans formalaşıb. bu da təbii ki arenda veşləri düşəndən sonra qaydasına düşəcək. Runa və zatoçka sisteminə gəldikdə isə onu deyim ki bu həmişə istənilən oyunda olub . bu elə də boyub oyunun gedişinə mane olmur .

4.Yeni Məkanlar və Siniflər-- Mükəmməl . Alqışlayıram

5.Azərbaycan Dilində Tam Tərcümə--Mükəmməl . Alqışlayıram

6.Mövcud Qəhrəmanlar və Resurslar- Təbii ki bu da mütləqdir

Əlavə onu da qeyd edim ki Runa və zatocka sistemində və əlavə Plaş, maska, köynək (indiki vəziyyət ilə eyni)diller vasitəsi ilə nağd alış mümkün olsa daha məntiqli olar( əsas oyunun aylıq xərcləri nəzərə alınmalıdır) Bura oyunçuların aldıqları Gold Bonuslar da daxildir.
Kraft əşyaların oyunçular tərəfindən əldə olunması çox müsbət nəticə verəcək - amma platın peşləri ilə kraft veşləri arasında nəzərəçarpacaq dərəcədə fərq olmalıdr.

Oyunda online artması bir dənə xaot və yaxud da krov napadeniya ilə olmur. əsas o dur ki oyunçu hər hansısa veş götürmək istəyirsə onu ya əziyyət çəkib mağaradan və yaxut kravftdan əldə etməlidir yada diller vasitəsi ilə ödəniş edib əldə edə bilər. Bu zaman günün çox hissəsini onlində olub bunu əldə etmək üçün çalışacaq.

Bu mənim şəxsi fikirlərimdir . bütün fikirləri də diqqətlə oxuyub yazılan hər bir təkliflərə hörmətlə yanaşıram.
Bu oyunun ərsəyə gəlməyində əziyyəti olan hər bir kəsə də təşəkkür edirəm

Dissbalansı doğru vurğulayırsınız santa paltarları üçün bu haldadır düzələcəkdir yalnız ümumi balans məsələsinə qaldıqda şişirdilmiş zərbə və canlardan ötüri bu oyunu bəyənməyib gedənlərin sayı 50 ni keçir ) ( АВТОР: bor - 05.01.2025-23:19:28 )



  написано: 2025-01-05 20:32:24 

Razı deyiləm. İndiki meydan daha maraqlıdır

eynən ona görə zərbələr fantastikdir - anime sevinirsiniz hərhalda )) ( АВТОР: bor - 05.01.2025-23:15:38 )



  написано: 2025-01-05 20:32:00 

bele yaxsidi,,gucnen aktivlik artib,boyuk bir deyisiklik eleseniz 90% oyunda aktivlik olecek,onnansa teklif edirem opt veren faizi awagi salin ve hec kim 17 qalxa bilmesin,en azinnan 6-7 ay..

onsuzda 17 qalxa bilən olmayacaq yaxın aylarda . məsələmiz 17 deyil diqqətli oxusaydınız kaşki ( АВТОР: bor - 05.01.2025-23:17:20 )



  написано: 2025-01-05 20:30:11 

Bes yaxsi 14kraft veshleri gozleyirik nece vaxtdi camaat ejdaha drakon gezir yumurta yigir, onlar nece olsun? hami 14kraft set yigmaqcun eziyyet cekir lvl qalxmisiq 15paltarlari geyinek boy eliyek maraqli olsun, indi birden bire 11e qayitmaq, men beyenmedim bu fikri, mence hal hazirki veziyyet yaxsidir, sadec yarimciq qalmis seyler tamamlansa dahada gozel olacaq, meselen maq, edaletin verdiyi eliksirler, 14kraft veshlerin resuslari, gunluk kvester vee s.

Diqqətli oxumusunuz ?
Oyunçuların mövcud qəhrəmanları və resursları qorunacaq. Məsələn, birinin drakonu və ya dolları varsa, onlar yerində qalacaq. Bu, mövcud oyunçuların narahatlığını aradan qaldırmaq üçün vacibdir.


---

Maq olmayacaq oyunda bunu artıq dəfələrlə dedik.
Ədalətin verdiyi eleksirlər ? 1 Səviyyə Ədalətiniz var və yetərində ovsunu var.
( АВТОР: bor - 05.01.2025-23:18:15 )




  написано: 2025-01-05 19:40:20 

Dəyərləndirdim Təklifi

Вы не авторизованы