Форум WWW.MEYDAN.AZ » Официальные объявления » Texnikalar
0
Автор Тема: Texnikalar
  0 / -0    написано: 2024-12-23 14:54:14 

Texnikalar priyomların adlarının azərbaycan dilində tərcüməsi və haqqında qisminin tam olaraq mənasını yəni texnikanın nə işə yaradığını səlist qaydada yazan şəxsə administrasiya tərəfindən hədiyyə veriləcək.

Nümunə :

Şimşək (ADI)

HAQQINDA
Şimşək qarşıdakı rəqibə elektrik zərbəsi endirir. 15% ehtimalla kritik zərbə vurma şansı var. Kritik zərbə vurduqda zərbəniz ikiqat olur.



Hərkəs maildən kömək edəcəksə topu niyə açmışıq ?))) Hərkəs ayrı ayrılıqda fikrini bildirəcək yaxşı tərcümə oyun terminləriylə yazılan tərcümə seçiləcək və hədiyyəsi veriləcək. ( АВТОР: bor - 23.12.2024-15:33:11 )



( АВТОР: PC-DOCTOR - 23.12.2024-15:51:39 )



( АВТОР: PC-DOCTOR - 23.12.2024-16:10:09 )



( АВТОР: PC-DOCTOR - 23.12.2024-16:10:20 )



( АВТОР: PC-DOCTOR - 23.12.2024-16:10:21 )



( АВТОР: PC-DOCTOR - 23.12.2024-16:10:57 )



  написано: 2024-12-24 00:36:06 

Vurmaq - Növbəti zərbə hədəfə 4 ed. daha çox xəsarət yetirir
Örtünmək - Növbəti sizə vurulan zərbə 3 ed. daha az xəsarət yetirir
Dişlərini toplamaq - 10-20 arası HP bərpa olunur
Güclü zərbə - Növbəti zərbəniz (olduğunuz mərhələ*3) hədəfə daha çox xəsarət yetirir
Aktiv müdafiə - Növbəti sizə vurulan zərbə və ya sehrdən zərərin sadəcə yarısından xəsarət alacağsınız
Tərini silmək - 2-5*mərhələniz dəyərində HP bərpa olunur. Ruh gücü sərf edilmir
Rəqib seçimi - Əlavə rəqib dəyişmə
Qələbə Əzmkarlığı - Ümumi can dəyəriniz/10 olaraq HP bərpa olunur
Küləyin rəqsi - Sizə yönləndirilən növbəti zərbədən yayınacağsınız
Vəhşi bəxt - Növbəti kritik zərbə maksimal xəsarət yetirir
Uzaqgörənlik - Rəqibin növbəti zərbəsi blok edilir
Möhkəm zərbə - Növbəti zərbəniz (olduğunuz mərhələ*6) daha çox xəsarət yetirir
Kor bəxt - Növbəti zərbə kritik olacağdır.
Hiyləgər zərbə - Ani formada rəqibə zərbə endirir
Qan istəyi - Döyüşün sonuna qədər Mf zərbənin gücünü (%) +5 , Mf kritiki zərbəni isə (%) +50 qədər artırır. 3 dəfə tətbiq edilə bilər.
Taktikanın tapılması - Rəqibin bütün fəndlərini ləğv edir.
Tam müdafiə - Növbəti sizə vurulan zərbə və ya sehrdən alınan zərərdən sadəcə 1 ed. xəsarət alacağsınız
Ülgüclərin rəqsi - Sizə yönləndirilən zərbədən yayınacağ və əks-zərbə endirəcəksiniz.
Şokedici zərbə - Növbəti zərbə rəqibi şoka salır və beləcə 2 gediş boyunca fəndlərdən istifadə etməsi və taktika xalları almasını əngəlləyir.
İkinci nəfəs - Rəqibin növbəti zərbəsi blok edilir, zərbəsi blok edilən rəqibin hər mərhələsinə görə isə 5 HP can bərpa olunur.
Dəqiq zərbə - Növbəti zərbəniz rəqibin zirehini görməzdən gəlir və rəqibin zərbəyə müqavimətini 250 ed-ə qədər endirir (0-dan aşağı olmayaraq)
Dağıdıcı zərbə - Növbəti zərbəniz ikiqat xəsarət yetirəcəkdir.
Kontuziya - Gücünüz/3 olaraq rəqibə qalxan ilə şokedici zərbə endirir ( Qalxanın mövcudluğu tələb olunur)
Manevrin məhdudiyyəti - Hədəfin rəqib dəyişmə şansı 0-a endirilir (botlarla çalışmır)
Məhkumiyyət - Zərbənizdən yayınmaq, onu istər silahla istərsə də qalxanla blok etmək mümkün deyil. Lakin sadəcə zona olaraq blok edilməsi mümkündür. Məhkumiyyət fəndi zərbə endirildikdən sonra aradan qalxır.
Kar müdafiə - 5 gediş boyunca 10% HP bərpa olunur və sizə endirilən zərbələrin xəsarəti 25% aşağı düşür (Qalxanın mövcudluğu tələb olunur)
Buz iynə - Növbəti zərbəniz kritik olacağdır.
Gizli yayınma - Sizə endirilən növbəti zərbədən yayınıb əks-zərbə endirirsiniz.
Sağ qalmaq - Bütün yığılmış taktikalardan istifadə edərək sizi sağaldır. İstifadədən sonra bütün fəndlər yox olur. Fənd maksimum 25% HP bərpa edir. 1 taktika = 1% HP
Təkan - 10% HP bahasına rəqibə doğru şığıyaraq 3 zərbə taktikası əldə edirsiniz.
Üstünlük - Döyüşün sonuna qədər anti-krit və anti-yayınma dərəcələrini artırır. 3 dəfə istifadə oluna bilər.
Görünməz alov - Alov sehrindən 3 gediş boyunca aldığınız xəsarəti 50%-ə endirir
Görünməz su - Su sehrindən 3 gediş boyunca aldığınız xəsarəti 50%-ə endirir
Görünməz hava - Hava sehrindən 3 gediş boyunca aldığınız xəsarəti 50%-ə endirir
Görünməz torpaq - Torpaq sehrindən 3 gediş boyunca aldığınız xəsarəti 50%-ə endirir
Görünməz bıçaq - Deşici zərbələr 3 gediş boyunca ikiqat daha az xəsarət yetirir
Görünməz balta - Doğrayıcı zərbələr 3 gediş boyunca ikiqat daha az xəsarət yetirir
Görünməz çəkic - Sarsıcıdı zərbələr 3 gediş boyunca ikiqat daha az xəsarət yetirir
Görünməz qılınc - Kəsici zərbələr 3 gediş boyunca ikiqat daha az xəsarət yetirir
Qan qurtumlamaq - Növbəti 3 kritiki zərbəniz sizi sağaldır (mərhələniz/3). Udulan qan sizə güc verir.
Ləğv etmək - Son alınan xəsarət ləğv olunur
Qalxanın yolu - Kritiki zərbə və sehrə qarşı Mf parametrlərini 100 qədər artırır və alınan xəsarəti 5% qədər azaldır. Tətbiq sayları mərhələnizdən asılı olaraq artıq. Qalxanın mövcudluğu mütləqdir.
Qanla təmizləmək - Sehrdən, xəstəlikdən və ya zəhərlənmədən alınan 1 neqativ effekti silir
Ehtiyat - 3 gediş boyunca sehrdən alınan xəsarəti ikiqat olaraq azaldır
İnkar kupolu - Qalxandan kupol olaraq istifadə edərək sizi sehrdən müdafiə edir. Sehr xəsarəti 33% olaraq 3 gediş boyunca azaldılır, lakin qalxan ilə blok zonasından məhrum olunursunuz. Qalxanın mövcudluğu mütləqdir.
İntiqam - Sizə zərbə endirən rəqib 10*mərhələniz dəyərində ed. xəsarət alacağdır
Ölüm addımı - Silahla zərbədən yetirilən xəsarəti 1*mərhələniz qədər artırır. Effekt 2 gediş boyunca davam edir.
Sehr intuisiyası - Sehrdən alınan xəsarəti 2 gediş boyunca 50% olaraq aşağı endirir. Qalxanla istifadə edilə bilməz.
Mannanın bərpası - İntellektiniz*1 dəyərində mannanız bərpa olunur
Sehrli maneə - 250 ed. xəsarəti uda bilən maneə yaradır. Hər udulan xəsarətə - 1.5 manna bərpa olunur.
Daş qalxan - Bu gedişdə 95% daha az xəsarət alırsınız.
Güc müdafiəsi - Növbəti gedişə qədər silahla və ya sehrlə endirilən xəsarətin yalnız 4/1 hissəsindən zərər görürsünüz. Kritik zərbə endirmək mümkünsüzdür.
İldırım dalğası - Elektriklə 2-5 arası rəqiblərə 1-116 arası xəsarət yetirir.
Dağıtma - Qaranlıq sehriylə rəqibə 69 ed. xəsarət yetirir. Zərərin bir hissəsi maqın canını bərpa edir.
Daş yağışı - Torpaq sehriylə 8 rəqibə 55 ed. xəsarət yetirir.
Təbiətin ruhu - Torpaq sehriylə 5 oyunçunun can dəyərini 3000-4000 HP arası, öz canınızı isə 3000 HP dəyərində bərpa edir.
Qravitasiya - Torpaq sehriylə rəqibə mövcud HP-sinin 10% dəyərində xəsarət yetirir. Fənd maksimal olaraq 293 ed. xəsarət yetirə bilər.
Yandırmaq - Alov sehriylə 100 ed. xəsarət yetirir.
Həyat istiliyi - Alov sehriylə 7000-8000 HP arası can bərpa edir. Öz üzərinizdə tətbiq etdikdə effekt daha yüksəkdir.
Partlayış - Alov sehriylə ani olaraq 150 ed. xəsarət yetirir.
Güc sahəsi - Maqın ətrafında güc sahəsi yaradaraq 5000 ed. xəsarəti udur. Güc sahəsinə kritik zərbə endirmək mümkünsüzdür.
Müalicə - İşıq sehriylə maqın canını 14000-17000 HP arası bərpa edir.
Alov işarəsi - Maq 2*mərhələniz dəyərində sehr gücü əldə edir. Sehr hər gedişdə 10 manna tələb edir.
Su işarəsi - Maq +100 mf anti-krit əldə edir (intellektdən asılı olaraq). Sehr hər gedişdə 50 manna tələb edir.
Hava işarəsi - Maq hər gedişdə 100 manna əldə edir.
Torpaq işarəsi - Maq +2 zireh (10 intellekt=2 zireh) əldə edir. Sehr hər gedişdə 10 manna tələb edir.
Alovun hədəfi - Rəqibin alov sehrinə qarşı müdafiəsini -20 qədər azaldır. 1 hədəfə 5 dəfə tətbiq edilə bilər.
Suyun hədəfi - Rəqibin su sehrinə qarşı müdafiəsini -20 qədər azaldır. 1 hədəfə 5 dəfə tətbiq edilə bilər.
Havanın hədəfi - Rəqibin hava sehrinə qarşı müdafiəsini -20 qədər azaldır. 1 hədəfə 5 dəfə tətbiq edilə bilər.
Torpağın hədəfi - Rəqibin torpaq sehrinə qarşı müdafiəsini -20 qədər azaldır. 1 hədəfə 5 dəfə tətbiq edilə bilər.
Meditasiya - 50% mannanı bərpa edir
Dumanlı obraz- Sizə endirilən növbəti zərbə hücumu edənə yönləndirilir
Donma - Rəqibə soyuqla ani olaraq 155 ed. xəsarət yetirir.
Regenerasiya - Su sehriylə hədəfin can dəyərini 7000-8000 HP arası bərpa edir.
Zəhərli alma - 3-5 arası hədəfə 100 ed. xəsarət yetirir


  написано: 2024-12-23 15:15:10 

Mende komeklik gostere bilerem

Nümunə qeyd olunub yoldaşlar. ( АВТОР: bor - 23.12.2024-15:32:27 )



  написано: 2024-12-23 14:58:06 

salam hormətli admin mail vasitəslə əlaqə saxlayaq ,mən tərcumə edə bilərəm

Nümunə qeyd olunub yoldaşlar. ( АВТОР: bor - 23.12.2024-15:32:25 )



Вы не авторизованы