Онлайн игра WWW.KURTLAR.AZ
0 ...0

14.02.2024 Yeni Sistem Haqqında

Bütün personajlar sıfırlanaraq yenilənmiş hala gətirildi.
Oyunda heyvan sistemi test rejimdə işləkdir. Hər bir halda bu sistem yenisilə əvəz olunacaq.

Yeni mağaralar (peşeralar) oyun tərkibində bütün mağara sistemləri dəyişdirildi yeni mağaralar yaradıldı.

Oyunun arxa qismində resurs xətaları aradan qaldırıldı bunlar nələrdir ? Özünüzdə yaxşı bilirsiniz ki, Çantanıza daxil olduğunuz zaman donma baş verirdi bu bütün oyunlar üçün keçərli idi bunun səbəbi mağaralardan yığılan resurslar idi. Çox olduğu zaman çantaya giriş , keçid etdiyiniz və çıxış etdiyiniz zaman donma baş verirdi. Bunu aradan qaldırdıq.

Bütün mağaralara W-S-A-D və enterlə hücum etmək yaradıldı.

Əlavə olaraq döyüş sistemində (Döyüş bitdikdən sonra) çıxış yalnız mouse (sıçan) vasitəsilə olurdu bunu aradan qaldırdıq . Mağaralarda artıq yalnızca klavyatura vasitəsilə gəzə biləcəksiniz yəni WASD ilə irəliləyib Enterlə hücum edib Enterlə döyüş bitdikdə çıxacaqsınız ;)))

Yeni küçə Mağara Küçəsi yaradıldı . Burada Zindan Girişi yerləşdirilib . Zindan Girişindən bütün mağaralara gediş və gəliş mövcuddur.

Digər şəhər . 2 ci şəhərə niyə gedək ? bu haqda çox fikirləşərək belə qərara gəldik. İkinci şəhər sırf turnir iştirakçılarının şəhəri halına çevrildi.Turnir haqqında ilkin məlumat verilmir məlumunuz oğurluqlar çox olur ;))

Oyunun üst hissəsində (üst menuda) Administrator hissəsi yerləşdirilmiş. Sizlər burada admin heyyətinə təklif , istək və şikayətlərinizi qeyd edə bilərsiniz bura yazılan mesajlar hər 24 saatdan bir qeyd olunur və digər oyunçularda görə bilər . Əgər mesajınız dəyərləndirilib təklif olaraq qəbul edilərsə mesajınızın alt hissəsində (Qebul Edilen Teklif:1) qeyd olunacaq yəni bu o deməkdir ki, 1 adminimiz təklifinizi qəbul edib bu say artarsa təklifin həyata keçirələcəkdir və qarşılığında sizlərə hədiyyələrimiz olacaqdır.

Oyun tərkibində bütün Mağaralar Azərbaycan dilində tərcümə edilmişdir və oyunun bir çox hissəsi Azərbaycan dilinə tərcümə edilir. Bunun üçün hətda gələcəkdə vanaksiya belə açılacaqdır.

YENİLİK: Bu yeniliyimiz sadəcə məhşur rus RPG oyununda vardır . Anketinizdə (Anket Tərzi) bölməsi yaradıldı. Bütün istifadəçilərə Kişilərə ayrı Anket tərzi Qadınlara tam ayrı Anket tərzi sistem tərəfindən verildi. Möcüzə dükanında real pul ilə anket tərzləri mövcud olacaq o cümlədən mağaralarda resurs qarşılığında anket tərzləri olacaqdır. Bayramlarda isə sistem tərəfindən verilən anket tərzləri bütün istifadəçilər üçün keçərli olacaq.

Manat mağazasında olan bütün silah və əşyalar hal hazırda aktiv vəziyyətdə deyil . Bildiyiniz kimi meydan da zamanında olunan premium xətası idiki oyuna gətirdikdən sonra yığışdırmaq istəsələr belə yığıb yığışdırmaq mümkün olmadı . (Pul üçün çalışmırıq rahat istirahətiniz üçün çalışırıq).

Oyun içində Runa , Ağac kəsmə və.s bu kimi sistemlərin heç bir real pul vahidinə satışı alışı dosta verişi adminin 16 ədəd ayrı ayrı personaj niklərinə verişi yoxdur :))

İnfonuzda olan görünüşdən (obrazdan) əlavə olaraq böyük görünüş yaradılmışdır bu görünüş sizin bütün silah və paltarlarınızı tutur bu görünüşün üzərinə gəldiyiniz zaman görünüş itərək silah və paltarlarınızı görə biləcəksiniz.

Oyun istifadəyə verilənə qədər olan yenilikləri buradan sizlərlə paylaşacayıq.

Qeydiyyatdan keçdiyiniz zaman sizlərdən Köhnə Loqin soruşacaq. Buraya siz Meydan.az daki köhnə loqininizi yazaraq bizləri məlumatlandırırsınız ki, meydandaki personajınıza baxaraq burda sizə əvəzində köməklik edək


@Kurtlaraz

Автор: bor